Cari ilin 7 iyul tarixinə olan məlumata görə, 723 Rusiya vətəndaşına Gürcüstan vətəndaşlığı verilib.
Bu barədə “İnformasiya Azadlığının İnkişafı İnstitutu” Gürcüstan Prezident Administrasiyasına istinadən məlumat yayıb.
Beləki, son 5 ildə Gürcüstan vətəndaşlığı daha çox Rusiya vətəndaşlarına verilib.
2019-cu ildə 1219 Rusiya vətəndaşına Gürcüstan vətəndaşlığı (Gürcüstan vətəndaşlığının bərpası ilə yanaşı) verilib. 2020-ci ildə bu rəqəm 629-a enib, 2021-ci ildə isə 1342-yə yüksəlib.
Bu, Rusiyanın Ukraynaya hücumundan sonra daha da vüsət almağa başlayıb.
Bildiyimiz kimi, ABŞ-ın, Aİ-nin tətbiq etdiyi sanksiyalar Rusiya vətəndaşlarının həyat tərzinə, biznesinə və s. təsirsiz ötüşməyib və onlar bu təqiblərdən yaxa qurtarmaq üçün yaxın qonşuları olan Gürcüstana pənah gətirməyə başlayıblar.
Qeyd edək ki, rusların Gürcüstanda biznes qeydiyyatları da ötən ilkindən 7-8 dəfə çox artıb. Bu isə yerli QHT-ləri narahat edir...
Xatırladaq ki, Gürcüstanın Milli Statistika Xidmətinin bu günlərdə yaydığı məlumata görə, cari ilin martın ayının1- dən avqustun 1- dək Gürcüstanda 7459 Rusiya biznesi qeydiyyata alınıb.
Xidmətin məlumatında qeyd olunmuşdu ki, qeydiyyatdan keçmiş həmin müəssisələrin 544-ü Məhdud Məsuliyyətli Cəmiyyətlərdir, 6913-ü fərdi sahibkarlar, 2-si isə xarici müəssisələrin filiallarıdır.
Həmçinin o da vurğulanırdı ki, 544 Rusiya MMC-nin 542-nin fəaliyyəti məlum deyil...
Və Gürcüstanda bu durumdan narazı QHT-lər (18 QHT) hökumətə bununla bağlı müraciət də ediblər.
Onlar rəhbərliyə Rusiya vətəndaşlarının bunu sanksiyalardan yayınmaq üçün etdiklərin, hökumətdən bu axının qarşısını almaq üçün Rusiya vətəndaşlarına viza rejimini tətbiq etməyi də tələb etmişdilər.
JASMİN