"Təcili şəkildə yeni seçkilər təyin olunmalıdır. Bunun üçün sabah 21:00-da parlament önünə gedəcəm və xalqla birlikdə olacam".

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə prezident Salome Zurabişvili Orbeliani sarayında QHT və müxalifət nümayəndələri ilə birlikdə keçirdiyi görüşdən sonra açıqlama verib. Onun sözlərinə görə, hamı bir daha bəyan etməlidir ki, yeni seçkilər bütün ölkənin tələbidir: “Təcili olaraq yeni seçkilər təyin olunmalıdır. Buna görə də sabah parlamentin qarşısında xalqla birlikdə olacağam. Saat 21:00-da çıxış edəcəyəm ki, hamımız birlikdə, yalnız burada olanlar və fəaliyyət göstərənlər deyil, müxtəlif yerlərdə etiraz edən və bu etirazı sərhədlərdən kənara çıxaran insanlarla birlikdə təsdiq edək ki, seçkilər olmadan heç nə olmayacaq və bu, bütün ölkənin tələbidir. Beləliklə, əminəm ki, sabah hər gün olduğumuzdan daha çox olacağıq”, - deyə Salome Zurabişvili vurğulayıb. Prezident bildirib ki, yeni seçkilərin keçirlməsi ilə bağlı “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili ilə görüşə hazırdır.

Xatırladaq ki, ölkənin baş naziri Gürcüstanı qarışdıran məlum qanunun dəyişdiriləcəyinə söz verib. Bu isə Rusiyada birmənalı qarşılanmayıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN