ABŞ prezidenti Co Bayden edam cəzasına məhkum edilmiş 37 məhbusun cəzasını yüngülləşdirməyə qərar verib.
Tezadlar.az bildirdi ki, bu barədə dekabrın 23-də Ağ Evin saytında məlumat verilib.
“Bu gün ölüm hökmündə olan 40 nəfərdən 37-nin cəzasını azadlığa çıxma imkanı olmadan ömürlük həbslə əvəz etdim”, – o, mətbuata açıqlamasında bildirib.
Amerika prezidenti cinayətkarların əməlləri nəticəsində yaxınlarını itirən ailələrə də başsağlığı verib, qurbanlar üçün kədərləndiyini bildirib.
Dekabrın 1-də Bayden qanunsuz silah saxlamaq, narkotik vasitələrdən istifadə etmək və vergidən yayınmaqda ittiham olunan oğlu Hunterin əfv edilməsi haqqında fərman imzalayıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Baydenin oğlunu əfv etməsini “demokratiyanın karikaturası” adlandırıb.
Dekabrın 12-də Amerika prezidenti 1,5 min məhkumun cəzasını yüngülləşdirdi, bu, dövlət başçıları arasında rekord göstəricidir.
E.ŞİRİNOV