Bəzi yanacaqdoldurma məntəqələrindı yanacağın az vurulmasını eşitmişdik, amma benzin əvəzinə su vurulmasını ilk dəfədir eşidirik...

Budur, "Lukoil” yanacaqdoldurma məntəqəsində sürücülərin aldadılması barədə daha bir iddia irəli sürülüb. Bu barədə Haldun Novruzzadə adlı şəxs sosial şəbəkə hesabında çıxış edib. O yazır ki, ona məxsus şirkətinin avtomobilinə “Şamaxinka”da yerləşən “Lukoil”dan yanacaq əvəzinə su vurublar: “Sürücü 20.12.2024 tarixdə saat 21:05-21:30 radələrində şirkətimizə məxsus 99-XN-288 nömrəli “Hyundai Elantra” avtomobil ilə “Şamaxinka”da yerləşən “Lukoil”dan 20 manatlıq Aİ92 benzin vurub. 200 metr getdikdən sonra maşın sönüb. Gətirmişik ustaya yanacaq çənindən benzin yerinə su çıxıb. Mənə 500 AZN ziyan dəyib və “Lukoil” deyir ki, biz çəndən analiz götürməliyik”, - H.Novruzzadə qeyd edib.

Şikayətçi bildirib ki, bu 1 ay ərzində sözügedən şirkətin yanacaqdoldurma məntəqəsində baş verən 4-5-ci hadisədir.

Qeyd edək ki, “Lukoil” yanacaqdoldurma məntəqələrindən bir-neçə dəfə də belə şikayətlər olub.

Sözün bitdiyi yer...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN