Türkiyənin "Alarko Holding Altek" şirkəti Fərqanə vilayətinin rayonlarından birində - Fərqanə, Özbəkistan və ya Beşarıkda 1000 MVt gücündə fotoelektrik stansiyasının tikintisi layihəsini həyata keçirməyi planlaşdırır.
Bu barədə vilayət hokiminin mətbuat xidməti məlumat yayıb.
Fevralın 13-də vilayət hokimi (icra başçısı-red) Xeyrulla Bazarov şirkətin rəhbəri Hakan Aytəkinlə görüşüb. Tərəflər regionda günəş elektrik stansiyasının tikintisi perspektivlərini, eləcə də layihənin maliyyələşdirilməsi imkanlarını müzakirə ediblər.
Hazırda “Alarko Holding Altek” Türkiyədə 1000 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzərində işləyir və lazımi şərtlər yerinə yetirilərsə, şirkət eyni layihəni Özbəkistanda da həyata keçirə bilər, - deyə Hakan Aytekin bildirib.
Türkiyəli tərəfdaşları layihənin tikintisi üçün - Fərqanə, Özbəkistan və Beşarık rayonlarındakı əlverişli ərazilərlə tanış ediblər. Tərəflər yer seçildikdən sonra gələcək fəaliyyətləri üçün plan hazırlamaq barədə razılığa gəliblər.
JASMİN