Çinin diplomatik nümayəndəlikləri fevralın 18-dən Koreya Respublikası vətəndaşlarına qısamüddətli vizaların verilməsini bərpa edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Çinin Koreya Respublikasındakı səfirliyinin yaydığı məlumatda deyilir.

Səfirlikdən verilən məlumata görə, söhbət turist, işgüzar və tranzit vizalarından, həmçinin şəxsi məqsədlərlə ölkəyə səfər etmək üçün giriş sənədlərindən gedir.

Keçən həftə Koreya Respublikası hökuməti Çində epidemik vəziyyətin yaxşılaşması fonunda Çindən gələn qonaqlara qısamüddətli vizaların verilməsini bərpa etmək qərarına gəlib.

Yanvar ayında Çin Seulun Çindən gələn sərnişinlərə qarşı anti-COVID tədbirlərinə cavab olaraq Koreya Respublikası vətəndaşlarına qısamüddətli vizaların verilməsini dayandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN