Albaniya rusiyalı turistlər üçün ölkədə hər il mayın 1-dən sentyabrın 30-dək tətbiq edilən vizasız rejimi ləğv edib.

Dəyişikliyin səbəbi açıqlanmır.

Albaniyanın Rusiyadakı səfirliyi xəbər verir ki, Albaniyanın hakimiyyət orqanları ruslar üçün 2021-ci ildən etibarən hər il mayın 1-dən sentyabrın 30-dək yay dövrü üçün tətbiq edilən vizasız rejimi ləğv etmək qərarına gəliblər.

Belə düzəlişlər Albaniya Nazirlər Şurası tərəfindən 20 aprel 2023-cü ildə qəbul edilib, indi ölkəyə səfər etmək üçün səfərin məqsədini göstərməklə viza üçün müraciət etmək lazımdır. Həmçinin Albaniyaya səfər etmək istəyənlər səfirliyin saytında elektron viza üçün ərizə doldura bilərlər.

Bu barədə Rusiya KİV-i məlumat yayıb

Səfirlik qeyd edib ki, etibarlı Şengen, Amerika və ya Britaniya vizası olan ruslar üçün Albaniyaya daxil olmaq və qalmaq üçün viza tələb olunmayacaq, lakin onlar üçün bir şərt var: həmin şəxs ona viza verən ölkəyə getməlidir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN