Yeddi tövsiyə...
Avropa İttifaqının Ukraynadakı səfiri Matti Maasikas təsdiqləyib ki, Avropa Komissiyası iyun ayında Ukraynanın Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq üçün lazım olan islahatlarla bağlı irəliləyişinin ilkin qiymətləndirilməsini dərc edəcək.
O, bu barədə “Suspilni”yə müsahibəsində bildirib.
"Bu il iki hesabat olacaq. Birincisi şifahi qiymətləndirmədir və bu, namizəd statusu əldə edərkən Avropa İttifaqının yeddi tövsiyəsinin Ukrayna tərəfindən yerinə yetirilməsi ilə bağlı iyun ayında baş tutacaq", - deyə Maasikas bildirib.
Onun sözlərinə görə, ikinci hesabat Aİ-nin genişlənmə siyasətindən, bu il isə ilk dəfə olaraq Ukraynadan bəhs edəcək. Ona payızda buraxılacaq.
Həmçinin “Lakin indi birinci və daha vacib olan iyun ayında şifahi qiymətləndirmədir və boş yerə vaxt itirməyə ehtiyac yoxdur", - deyə diqqətə çatdırıb.
Maasikas qeyd edib ki, Ukrayna Aİ-nin gözləntilərindən xəbərdardır: reklam haqqında qanun qəbul etmək, əmlakın elektron bəyannaməsini bərpa etmək, Konstitusiya Məhkəməsi və çirkli pulların yuyulması haqqında qanunlara yenidən baxılması, hakimlərin yüksək ixtisas komissiyasının formalaşdırılması lazımdır.
Y.MƏMMƏDLİ