Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlir rekord həddə çatıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyası məlumat yayıb.
Agentliyin hesabatına görə, 2023-cü ilin yanvar-iyun aylarında, Gürcüstan beynəlxalq səyahətlərdən (turizmdən) 1 804 529 935 dollar gəlir əldə edib. Bu isə 2022-ci illə müqayisədə 661 999 720 ABŞ dolları (57,9%) artım demekdir. Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında səyahətdən əldə olunan gəlirlərə görə ölkələr arasında Rusiya liderdir. Ümumilikdə, ilin birinci yarısında rusiyalı turistlər Gürcüstanda 482,1 milyon ABŞ dolları xərcləyib.
2023-cü ilin yanvar-iyun aylarında beynəlxalq səyahətçilərdən ölkələr üzrə əldə edilən gəlirləri aşağıda təqdim edirik:
●► Rusiya - 482,1 milyon dollar;
●► Türkiyə - 264 milyon dollar;
●► Aİ ölkələri - 215,7 milyon dollar;
●► İsrail - 148,2 milyon dollar;
●► Ukrayna - 101,8 milyon dollar;
●► Ermənistan - 67,3 milyon dollar;
●► Azərbaycan - 60,9 milyon dollar;
●► İran - 50,1 milyon dollar;
●► Belarus - 48,4 milyon dollar;
●► Səudiyyə Ərəbistanı - 22,1 milyon dollar.
24 news/ge