Luis Moreno Okamponun Azərbaycan əleyhinə məruzəsinin məzmunu Ermənistanın maraqlarının qətiyyətlə dəstəkləndiyindən xəbər verir və birbaşa çaşqınlığa səbəb olmasa da, qeyri-müəyyən təəssürat yaradır.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə alman tədqiqatçı, doktor Mixael Reynhard Hess tərəfindən vəkil Luis Moreno Okampoya ünvanlanmış məktubda deyilir.

Hess öz araşdırmasında faktiki olaraq erməni dilində kökü olmayan "Artsax" termininin əsl mənşəyindən danışıb və Okamponun məruzəsində Qarabağ bölgəsinin guya "əsasən ermənilər tərəfindən məskunlaşdığına" dair iddiaların da sırf nəzəri yekunlar olduğunu vurğulayıb.

Məktubda qeyd olunur ki, "Artsax" termininin istifadəsi ermənilər arasında ən azından 1921-ci ilədək geniş yayılmayıb. Bu, məsələn, Ermənistan SSR Xalq Komissarları Sovetinin 1921-ci il 12 iyun tarixli Bəyannaməsi ilə də təsdiq olunur.

"Bununla belə, bu bölgənin ənənəvi adı olan "Qarabağ" tarixən müxtəlif inzibati və siyasi sənədlərdə istifadə olunub və bu gün də istifadə olunmaqdadır", - deyə alman tədqiqatçı vurğulayır.

"Sizin "Artsax" termininin tarixi məfhumunu onun XX əsrdə erməni milliyyətçiləri tərəfindən istifadəyə gətirilməsi ilə qarışdırmağınız, əslində, erməni toponimikası, demoqrafiyası, siyasəti və tarixini eramızdan əvvələ aid etməyə çalışan erməni milli diskursuna şərait yaradır", - məktubda deyilir.

Mixael Reynhard Hessin sözlərinə görə, Okamponun rəyi ilə tanış olduqdan sonra onda belə bir təəssürat yaranıb ki, məruzə "istər tarixi şəraitin, istərsə də hazırkı vəziyyətin birmənalı şəkildə ermənipərəst interpretasiyasına" əsaslanıb.

Alman tədqiqatçı, həmçinin, Okamponun Qarabağda guya "soyqırımı" olduğu iddialarını da təkzib edir.

"Siz, həqiqətənmi, hesab edirsiniz ki, Qarabağ kimi geniş dağlıq əraziləri olan, təbii təsərrüfat və heyvandarlığa şəraitin olduğu, eləcə də, kifayət qədər təbii resursların olduğu məhsuldar bölgədə 120 min nəfər (erməni mənbələrinin bildirdiyi rəqəm) yayın ortasında aclıqdan ölə bilər? Axı sizin qeyd etdiyiniz kimi, bu ərazidən ağır xəstələrin təxliyəsi üzrə tədbirlər görülüb. Bu, həmçinin, "aclıqdan əziyyət çəkənlərin" də təxliyə oluna biləcəyini nəzərdə tutur. Sizin məqalənizdə orada, həqiqətən, "aclığın" olduğunu və ya Qarabağda yaşayan erməniləri təhdid edə biləcəyinə dair heç bir dəlil yoxdur", - deyə tədqiqatçı vurğulayıb.

Mixael Reynhard Hess, həmçinin, Okamponun "Laçın" sərhəd-buraxılış məntəqəsinin yaradılmasının "soyqırımına hazırlıq vasitəsi" kimi şərh oluna biləcəyinə dair bəyanatlarını da əsassız hesab edir. "Bir çox ölkə, o cümlədən, ABŞ və Avropa İttifaqı (Aİ) ölkələrinin xarici sərhədlərində insanların və qaçaqmalçılıq məhsullarının qanunsuz keçidinin qarşısını almaq məqsədilə analoji məntəqələr mövcuddur, lakin heç kim onları soyqırımında ittiham etmir".

trend

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN