Türkiyədə turların qiymətlərini endirmək üçün otelçilər spirtli içkilərin hər şey daxil sistemindən çıxarılmasını təklif edirlər.

Türkiyənin "Turizm Güncel" nəşrinin məlumatına görə, "Bentour" turoperatorunun baş direktoru Deniz Uğur türk otellərində hər şey daxil sistemi ilə alkoqollu içkilərin miqdarının ləğv edilməsini və ya azaldılmasını təklif edib. Onun sözlərinə görə, bu, Türkiyədə mehmanxanalarda istirahət xərclərinin əhəmiyyətli dərəcədə azalmasına töhfə verəcək.

O, qeyd edib ki, pulsuz alkoqollu içkilər otel xərclərinin əhəmiyyətli hissəsini təşkil edir, ona görə də onlardan imtina Türkiyəyə turların qiymətini xeyli azaldacaq, turistlər üçün daha sərfəli olacaq.

 "Ailə qrupları üçün yalnız pivə və şərabın daxil olacağı əsas paketlər hazırlamaq lazımdır. Bütün digər içkilər əlavə xidmət kimi təklif olunacaq. Artıq Türkiyədə bir çox otellər xaricdən gətirilən bahalı spirtli içkiləri pulla satırlar", - deyə Dəniz Uğur bildirib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN