BMT Baş Assambleyasında Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə ilə bağlı xüsusi sessiya keçirilib.
TEZADLAR.AZ trt-yə istinadən xəbər veriri ki, Misirin irәli sürdüyü qətnamə layihəsi qəbul olunub.
Mәlumata әsasәn, sənədin lehinə 153, əleyhinə 10 ölkə səs verib (Avstriya, Çexiya, Qvatemala, İsrail, Liberiya, Mikroneziya, Nauru, Papua Yeni Qvineya, Paraqvay və ABŞ), 23 dövlət isə bitərəf qalıb.
Səsə qoyulmuş Baş Assambleyanın qətnamə layihəsində bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi və savaşan tərəflərin beynəlxalq hüquqa, xüsusən də mülki şəxslərin müdafiəsi ilə bağlı tələblərə əməl etmələri tələb olunur.
Qeyd edәk ki, oktyabrın 27-də BMT Baş Assambleyasında səsə qoyulan Qəzzada humanitar atəşkəs tələb edən qətnamə layihəsi 121 səslə qəbul edilmişdi.