Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələrini “soyqırım” kimi tanıması ilə bağlı qəbul etdiyi qərarı ''yox'' hökmündə qəbul etdiyini bildirib.

TEZADLAR.AZ xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən bəyanatda parlamentlərin tarixi hadisələri şərh və mühakimə etmək səlahiyyətlərinin olmadığı vurğulanıb.
Bəyanatda "Çili Nümayəndələr Palatasının 1915-ci il hadisələrini "soyqırım" kimi tanıması ilə bağlı qəbul etdiyi qərarı ''yox'' hökmündə qəbul edirik'' qeyd edilib.
Bildirilib ki, bu qərar BMT-nin (BMT) 1948-ci il tarixli “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına da ziddir və soyqırım cinayətinə yalnız səlahiyyətli məhkəmə tərəfindən baxıla bilər.

Xatırladaq  ki, bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrəvanı tarixi hadisələrə (1915-ci il Birinci Dünya Müharibəsi) “ağıl, vicdan və elmin rəhbərliyi altında” baxmağa və “radikal diskurslara, marginallaşmaya və nifrət nitqinə” uymamağa çağırıb.

Qeyd edək ki,  ermənilərin iddia etdiyi qondarma “soyqırım”ı indiyədək dünyanın 23 dövləti tanıyıb, hansı ki, bu, tamamilə əsassız və qondarmadır. Və bu, tarixi faktlarla sübuta yetirilib.  Ermənilər bu müharibədə “qurban” kimi qələmə verilsə də, məhz onlar türklərə arxadan zərbə endiriblər.

Onlar uzun illərdir ki, dünya ictimaiyyətinə 1915-ci il aprelin 24-də Osmanlı Türkiyəsinin guya “1,5 milyon nəfər ermənini milli-etnik zəmində qətlə yetirməsi” barədə uydurma iddialarını sırımağa çalışırlar. Çox təəssüf ki, bir çox dövlətlər  erməni yalanlarını əldə bayraq edərək onları dəstəkləyir, Türkiyə əleyhinə çağırışlar edirlər. Halbuki onlar özləri də bunun cəfəng olduğunu çox gözəl bilirlər.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN