Böyük Britaniya artıq Rusiya ərazisinin dərinliklərində uzaq mənzilli “Storm Shadow” raketlərindən istifadə etmək üçün Ukraynaya yaşıl işıq yandırmağa qərar verib, lakin bu məsələ ilə bağlı ictimaiyyətə açıqlama verməyəcək...

 Bu barədə “The Guardian” qəzeti mənbələrə istinadən yazır.

TEZADLAR.AZ xəbər verir ki, nəşrin məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken Kiyevdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ “ilk gündən” Ukraynadakı vəziyyət dəyişdikcə öz siyasətini uyğunlaşdırmağa hazırdır.

"Biz bunu davam etdirəcəyik" -, deyə baş katib vurğulayıb.

 Entoni Blinken Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlardan sonra qərar veriləcəyini bildirib.

Britaniya hökumətindəki mənbələr “The Guardian”a bildiriblər ki, Ukraynanın Rusiya ərazisindəki hədəflərə qarşı “Storm Shadow” qanadlı raketlərindən istifadəsinə icazə verilməsi barədə qərar artıq verilib.

 Cümə günü Starmerin Vaşinqtonda Baydenlə görüşəcəyi zaman bu barədə ictimaiyyətə açıqlanacağı gözlənilmir.

Mənbələr əlavə edib ki, “Storm Shadow”la bağlı müsbət qərar olmasaydı, Blinken və Devid Lamminin Zelenski ilə görüşmək üçün Kiyevə birgə səfəri baş tutmayacaqdı.

“The Guardian” yazır ki, bununla belə, yenə də məhdudiyyətlər Ukraynanın “ehtiyatsız hücumların” qarşısını almaq üçün ən azı 190 mil mənzilli raketlərdən istifadəsinə şamil edilməyə davam edəcək.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN