...UZUN SÖZÜN QISASI, TANINMIŞ YAZIÇI ƏLİSA NİCAT CİDDİ BİR YAZI PAYLAŞIB... Tezadlar.az olaraq yazının məzmunu ilə bağlı əlavə şərh vermədən onu deyə bilərik ki, aşağıda Məti Osmanoğlunun cavab məqaləsi hər şeyi izahlayır. Tanış ola bilərsiniz:
-Səhərin gözü açılmamış tanımadığım nömrədən telefonuma zəng gəlir:
-Sizi filan saytdan narahat edirlər.
-Buyurun...
-Əlisa Nicat deyib ki...
-Əlisa Nicat ... eləyib. Saytınızda mənim adımdan belə yazarsınız, - sonra da əlavə edirəm, - Camaat indi Marsı fəth etmək barədə düşünür, siz nəyin hayındasınız?
Aydın məsələdir ki, Əlisa Nicatın dediklərini başı deyil, başqa yeri üyüdür. Üyüdə də bilmir, diri-diri tökür. İşin ən eybəcər tərəfi isə bu üfunətli ifrazatla qidalanan, onun içində eşələnib çirkin yolla reklam (IP) qazanan sayt idarəçilərinin və onların miskin əl buyruqçularının dəyərlərimizə münasibətidir...
Üfunət dağarcıqları hərdən başlarını qaldırıb tarixə də baxsınlar. Sözün bundan sonrası professor Cəmil Həsənliyə aiddir:
İndi gələk Səməd Vurğunla bağlı məsələyə. Əgər biz ötən əsrin 30-40-cı illərinin mətbuatına diqqət yetirsək, Səməd Vurğunun Stalinə şeirlə yazdığı tərifləri məqalə və məktub formasında Üzeyir bəy də yazıb. Hər dəfə Stalin mükafatları alanda Üzeyir bəyin mətbuatda Stalinə təşəkkürləri var. Eyni meyarla yanaşsaq onda gərək Üzeyir bəyi də məzəmmət edək ki, Stalinə belə tərifli məktubları niyə yazıb.
Səməd Vurğunun Hüseyn Cavidin əleyhinə yazmasına gəldikdə yenə Əlisa müəllim məsələni qarışdırır. Bu baradə Mir Cəfər Bağırovun özünün izahatı var. 1953-cü ilin iylunda Bağırov vəzifədən çıxarılanda həmin ay və həmin ilin dekabrında keçirilən plenum və partiya konfransında Mərkəzi Komitə üzvləri kimi onun əleyhinə kəskin çıxışlar etmişdilər.
1954-cü ilin fevaral ayında Bağırov qeyd edilən tədbirlərdə ona qarşı irəli sürülün ittihamlara Sov.İKP MK yanında Partiya Nəzarəti Komissiyasına yazdığı 25 səhifəlik əsas, 3 səhifə də əlavə izahatı vardır (Bax: Mir Cəfər Bağırovun Sov.İKP MK yanında Partiya Nəzarət Komitəsinə izahatı. 1954., Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi (RDSSTA) , f. 589, s. 3, i.7044, cild 6, v. 75-51; Mir Cəfər Bağırovun Sov.İKP MK yanında Partiya Nəzarət Komitəsinə əlavə izahatı. 1954., RDSSTA, f. 589, s. 3, i.7044, cild 6, v. 48-50).
Bağırov orada Səməd Vurğun Hüseyn Cavidlə bağlı məsələyə də aydınlıq gətirir və yazır: “Səməd Vurğunun Bakı konfransında çıxışını mən onunla izah edirəm ki, o, necə vardısa, qatı millətçi kimi elə də qalıb və hər an keçmişə görə intiqam almağa hazırdır. Onun qatı müsavatçılar olan Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə kimi müəllimləri vardı 1935-1939-cu illərdə xalq düşmənlərinin kütləvi ifşa edilməsi dövründə Səməd Vurğunun əleyhinə çoxlu ifadələr var idi. Əsərlərində böyük səhvlərin və nöqsanların olmasına baxmayaraq, istedadlı şair olduğuna görə yoldaş Stalinin sanksiyası onu cəza orqanlarının həbsindən xilas etdi. Bundan sonra bir neçə il keçdi və Səməd Vurğun belə bir xahişlə mənə müraciət etdi: Hüseyn Cavid və Abbas Mirzə Şərifzadənin həbsdən azad edib geri dönmələrinin bir yolunu tapmaq olmazmı? Ona görə ki, sonuncu onun pyesində Xosrov rolunu oynayırdı. Yeri gəlmişkən, Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə Müsavat Partiyasının liderlərindən idilər. Bununla bağlı biz Səməd Vurğunu möhkəm tənqid etdik və xəbərdarlıq etdik ki, əgər biz onu keçmiş müəllimindən ayırmışıqsa, bu o demək deyil ki, o bundan sui-istifadə etməlidir.” ( Bax: Mir Cəfər Bağırovun Sov.İKP MK yanında Partiya Nəzarət Komitəsinə əlavə izahatı. 1954., Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi, f. 589, s. 3, i.7044, cild 6, v. 53-52). Əlisa müəllimin vəsf etdiyi Bağırov özü Səməd Vurğun və Cavad haqqında bunları yazır.
***
Bax belə... Əlavə şərhə yəqinki lüzum yox...
"Təzadlar"!