Gürcüstan Parlamentində şok yaşanıb...
Belə ki, parlamentin prosessual məsələlər komitəsi 49 müxalifət deputatın mandatına son verilməsini dəstəkləyib. Tezadlar.az xəbər verir ki, komitənin bugünkü sesiyasında “Birlik-Vahid Milli Hərəkat”, “Dəyişikli Koalisiyası” və “Güclü Gürcüstan” müxalif koalisiyalarının üzvlərinin parlament mandatlarının dayandırılması ilə bağlı bəyanatları nəzərdən keçirilib və imzaların həqiqiliyi təsdiqlənib.
Qeyd edək ki, bu gün fevralın 5-də parlament üç siyasi birlik üzvlərinin deputat mandatına vaxtından əvvəl xitam verilməsi məsələsini müzakirə edəcək. Məlumat üçün bildirək ki, müxalif üç siyasi birlik noyabrda mandatlarına xitam verilməsi ilə bağlı parlamentə müraciət ediblər.