Bəzən işçilər ixtisara salınan zaman işəgötürən ixtisar sayını azaltmaq üçün işçiyə məcburi işdənçıxma ərizəsi yazdırır. Bu nə dərəcədə qanunidir? Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı "Təzadlar"a bu və ya digər suallarla bağlı cavab verib:
-İşçilər bu hüquqununu bilməlidir ki, o işdən azad olunmuş hər bir işçi üçün vacibdir və ən azından 9 ay üçün minimum təminatının olmasından ibarətdir. Bu Qanunu bilməklə işçilər ən azından 6 ay müddətində təqribən əmək haqqının 50 faizi, 3 ay müddətində isə 300 manat pul almaq hüququ var. Bu sahədə dövlət təminatı var. İşdən azad olunmuş işçilər üçün "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda göstərilən şərtlər daxilində aşağıdakı təminatlar var:
-"Bu Qanun Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi (müəssisə ləğv edildikdə) və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi , əmək müqaviləsinin müddətinin qurtarması; nəticəsində əmək münasibətlərinə xitam verilmiş , və Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə işdən azad olunduqdan sonra işsiz kimi yerli məşğulluq mərkəzlərində qeydə alınmış şəxslərə şamil edilir.
Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir.
Bu zaman işçilərin: əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi almaq hüququ yaranır.
İşsiz şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinə aşağıdakı faiz dərəcələri tətbiq olunmaqla hesablanır:
İşçilərin: sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz; sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz; sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz.
Minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.
İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir: ilk 2 təqvim ayı üçün – 100 faiz; 3–4-cü təqvim ayları üçün – 80 faiz; 5–6-cı təqvim ayları üçün – 70 faiz.
Sığorta ödənişinin verilməsi: “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə dayandırılır".
A.Məmmədli