Xəbər verdiyimiz kimi, bu gün - sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ruslara müraciət edib. O, nəinki Rusiya Federasiyasında qismən səfərbərlik elan etdi, həm də bütün dünyanı nüvə silahı ilə təhdid etdi.

Tezadlar.az UNİAN-a istinadən xəbər verir ki, bunu RTVI News YouTube kanalında dərc edilmiş ölkə başçısının bəyanatı sübut edir.

Ukraynaya qarşı qanlı müharibəyə start verən Putin əmindir ki, “Rusiyaya qarşı nüvə şantajı aparılır”. O, hədələyib ki, ərazi bütövlüyü təhlükə altına düşərsə, Rusiya “bütün imkanlardan istifadə edəcək, bu blef deyil”.

"Bizi bu şəkildə şantaj etməyə çalışan hər kəs bilməlidir ki, külək gülü də onların istiqamətinə dönə bilər", - Rusiya prezidenti kinli şəkildə bəyan edib.

Bundan əvvəl Putinin yaxın adamı, Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev Rusiyanın nüvə zərbələrinin hədəfinin Ukrayna deyil, Almaniya və Böyük Britaniya olacağını bildirmişdi. Onun sözlərinə görə, Ukraynaya qarşı nüvə silahından istifadə etmək "Moskva üçün maraqlı deyil", çünki onun fantaziyalarında ruslar "burada yaşayacaqlar".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN