Bu gün Azərbaycanın sabiq baş prokuroru, keçmiş səfir Eldar Həsənovun ad günüdür, onun 67 yaşı tamam olur...

Sağlamlıq durumu narahatlıq doğuran Eldar Həsənov bir sıra xəstəliklərdən əziyyət çəkir. Lakin məhkəmə prosesində vəkillərin vəsatətlərinə baxmayaraq onun ən azı ev dustaqlığına buraxılması da təmin edilmədi. 

Xatırladırıq ki, Eldar Həsənov məhkəmə istintaqında da özünə qarşı ittihamları rədd edərək bu həbsin sifarişli olduğunu bildirmişdi. O, “XİN İşi” ilə bağlı həbs olunub və Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi, Amil Ağalının katibliyi ilə keçirilən prosesdə hökmə əsasən, E.Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Eldar Həsənov Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17.931.316 manat pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf edib və mənimsəyib. O, həmçinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat məbləğində pulu leqallaşdırmaqda, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat zərər vurmaqda və dövlət büdcəsinin 192.387 manat pulundan təyinatı üzrə istifadə etməməkdə ittiham edilir.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN