Torpağı Vətən edən şəhidlər  ən yüksək fəxarətə layiqdir...

Eləcə də onların ailələrinə diqqət və qayğı hər kəsin müqəddəc borcudur. Tərtər də də şəhid ailələri daim diqqətdə saxlanılır. Belə ki, bu günlərdə "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tərtərdə “And yerimiz- Şəhidlər”! adlı layihə həyata keçirib. Birliyin əməkdaşı Məlahət Abdullayevə "Təzadlar"a bildirdi ki, qurum üzvləri oktyabrın 18-də Tərtər rayonuna səfər etmiş, Tərtər Rayon İcra Hakimiyytində şəhid ailələri, Vətən müharibəsi qaziləri ilə görüşmüşlər. 

Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin baçışısı Müstəqim Məmmədov açaraq Tərtər rayonunda şəhidlərimizin xatirəsinin daima yüksək tutulmasından, şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğıdan danışmış, “And yerimiz şəhidlər” kitabında Tərtər rayonundan olan şəhidlərə ayrıca bölmə ayırdıqları üçün birliyin kollektivinə və kitabın yaradıcı heyətinə öz minnətdarlığını bildirmişdir. "...Birliyin sədri Tahir Xudiyev layihə barədə məlumat verərək bildirdi ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə nəşr olunan “And yerimiz-şəhidlər”! kitabı şəhidlərimizin əziz xatirəsinin daima yad edilməsi, onların qəhrəmanlıqlarının unudulmaması, şəhid valideynlərinə bir növ təsəlli, təskinlik  məqsədi daşıyır. Həm də  gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına bir dəstəkdir. Tahir Xudiyev onu da dedi ki, bu tədbirin məqsədi yalnız “And yerimiz-şəhidlər” kitabının təqdimatı deyil, həm də şəhid ailələri, əlilliyi olan və imtiyazlı şəxslərin problemlərinin öyrənilib həllinə dəstək olmaqdan ibarətdir".

Çıxışçılar bildirmişlər ki, belə tədbirlər davamlı olacaq və məqsəd şəhid ailələrinə və qazilərə diqqət və qayğının bir təzahürü kimi ənənəviliyi qoruyub saxlamaqdır.

A.Məmmədli 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN