Biz gözələ gözəl, doğruya doğru, yaxşıya yaxşı deməyi bacarmalıyıq…

Hörmətli «Təzadlar» komandası!

 Sözümün mətləbi var: bu günlərdə Diaspor Fəalliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin Azərbaycanın Fransada lobbiçiliyinə töhfə verən könüllü layihə həyata keçirəcəkləri haqqında postunu oxudum. Bu başdan deyim, postda qaldırılan məsələlər ürəyimcədir. F.Hüseynzadənin həmin postuna yorum da yazıb təşəkkürümü bildirdim. Yazdığım yorumu bəzi dəyişiklərlə öz statusumda paylaşmışam.

Bəli, tam 15 ildir mən bunu deyirəm. Azərbaycan həqiqətlərini, tarixini özündə əks etdirən kitablar ingilis, fransız, alman dillərinə tərcümə etdirilib, nəşr olunub Amerika, Fransa, Almaniya Bundestaqının senatlarına öz dillərində paylanmalıdır. Əsas şərtlərdən biri də kitablar elə həmin ölkələrdə nəşr edilməlidir. Diasporla iş üzrə Dövlət komitəsinin sədri Fuad Muradova dəfələrlə səsləndik, mətbuatda yazılar yazdıq ki belə vacib məslələrə nail olmalıyıq. Lakin nədənsə bu məsələ hələki gündəmə gətirilmir. Ermənilər yüz illərdir məhz biz deyənləri edirlər, Avropa ölkələrinə, dünya ictimaiyyətinə küçə etirazları ilə deyil, yazılı feyk məlumatları ilə məqsədlərini çatdırırlar. Dünya da yazılanlara, maddi sübutlara inanır, hansısa etiraz aksiyalarındakı ötəri şüarlara yox.

 Sözümüzə baxmadılar… 20  ildən çoxdur ki, biz fond olaraq bu işlə məşğul oluruq. Bu günə kimi 140 kitabı öz vəsaitimizlə tərcümə etdirib, nəşr edib pulsuz yaymışıq. Hətta Qırğızıstan Parlamentinin bütün deputatlarına siyahı ilə, imzaladaraq kitab vermişik. Bunun da müsbət nəticəsini görmüşük. Belə ki, 2009-cu ildə Qırğızıstan Parlamentinin üzvlərinin Joqorku Keneşin birinci vitse- spikeri Çolpon Bayekovanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini təşkil etmişdik. 2009-cu il mart ayının 13-də bizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qəbul etmişdir. Görüş zamanı biz Prezident İlham Əliyevə Bişkekdə nəşr etdirdiyimiz  kitablardan hədiyyə etdik. O zaman xanım Çolpon Bayekova Prezidentə dedi ki, biz bir dindən, soydan olsaq da, elə bilirdik ki, siz erməniləri qırmısınız. Bu kitabları oxuyandan sonra sizin başınıza gətirilən müsubətlərdən xəbərdar olduq. Belə kitablar hər yedə tərcümə edilib nəşr olunub yayılmalıdır ki, hamı bilsin Azərbaycanlıların başına gətirilən faciələri. O zaman doğru yolda olduğumuzu başa düşdük və fəaliyyətimizi tam bu istiqamətə yonəltdik və s.

Onu da qeyd edim ki, biz fond olaraq həm də xalq diplomatiyası ilə də məşğuluq. Belə ki, 2008- ci ildə Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun başçılıq etdiyi nümayəndə heyətini, daha sonra SSRİ xalq artisti Bolot Şamşiyevin başçılıq etdiyi və digər nüfuzlu şəxslərin Azərbaycana səfərini təşkil etmişik. Təəssüf ki, bəzi dırnaqarası jurnalistlər bizi gözdən salmağa çalışıblar. Sevindirici haldır ki onlar heç nəyə nail olmayıblar. Biz isə istədiyimiz hədəfə çatmışıq. Biz harda olduğumuzdan asılı olmayaraq, Azərbaycanın problemlərinə məlhəm olmalı, dövlətimizin yaxşı işlərini təbliğ etdirməli, düşmənlərimizin iç üzünü açıb göstərən məlumatları və faktları yuxarıdan göstəriş gözləmədən dünyaya yaymalıyıq. 

Məmmədov Nüsrət Musa oğlu,

Türkdilli dövlətlərin siyasətinə Dəstək Fondunun Prezidenti

Qırğızıstan, Bişkek şəhəri

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN