RETSİ-nin Zərdab Rayon Elektrik Şəbəkəsinin əməkdaşları Yuxarı Seyidlər kəndində sakinlərin işığa olan tələbatını tam ödəmək üçün əlavə transformator quraşdırdılar

"Azərişıq" ASC-nin rayonlarda olan şəbəkələri əhaliyə keyfiyyətli xidmətdə fərqlənirlər.

Zərdab rayonunun Yuxarı Seyidlər kəndində əhalinin işığa olan tələbatını daha da keyfiyyətli ödəmək üçün yerli şöbənin əməkdaşları qızmar bu yay günündə də iş başındadırlar.

Yuxarı Seyidlər kəndinin sakinləri işığın gücünün zəif olması barədə müraciət etdikdən sonra "Azərişıq" ASC-nin Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Zərdab Elektrik Şəbəkəsinin əməkdaşları bu gün – sentyabrın 2-də yeni 1004 kilovoltluq (kv) 160 kilovolt (kv) amper (kva) gücündə işıq mənbəyi quraşdırırlar.

Bu barədə RETSİ-nin Zərdab Rayon Elektrik Şəbəkəsinin aparıcı mühəndisi Pərviz Fətiyev bizimlə söhbətində bunları dedi: "Şəbəkəmiz kəndlərdən gələn müraciətlərə çox həssaslıqla yanaşır. Yuxarı Seyidlər kəndində 100 kva və 160 kva gücündə transformator fəaliyyət göstərirdi. Bu isə artan əhalinin tələbatını ödəməyə yetmirdi. İndi gördüyünüz bu 60 kva transformator artıq mövcud problemi tam aradan qaldıracaq və əhali normal gücdə işıqla təmin olunacaq".

Biz də öz növbəmizdə regionlarda əhalinin müraciətinə həssaslıqla yanaşan və onların işığa olan tələbatını tam ödəyən "Azərişıq" ASC-nin RETSİ-nin Zərdab Rayon Elektrik Şəbəkəsinin rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkür edirik.

Elçin Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN