Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə müdir (şəhərin baş memarı) təyinatı olub.

Tezadlar.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri - Baş memar vəzifəsinə Həsənzadə Elvin Kamran oğlu təyin edilib.

Qeyd edək ki, E.Həsənzadə bu təyinatadək Ağdaş Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri - Baş memar vəzifəsində çalışıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN