"Bu qanun 2003-cü ildə ikinci oxunuşdan keçəndən sonra, ciddi ictimai müqavimətlə üzləşmiş, nəticədə müzakirədən çıxarılmış və tam yeni qanun layihəsi müzakirəyə çıxarılmışdı"
Bunu  "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında bildirib.
Ekspert qeyd edib ki, "Media haqqında" qanun layihəsi ikinci oxunuşdan keçəndən sonra MEDİA Agentliyi və Milli Məclis layihənin əleyhinə olanları daha aktiv müzakirə prosesinə cəlb etməyə başlayıb:
"Gec də olsa doğru və faydalı yanaşmadır. Adətən, 2-ci oxunuşdan sonra köklü dəyişiklilər mümkün deyil.
Buna baxmayaraq, əgər, indiki layihənin bir sıra maddələrində, prinsipial əhəmiyyət kəsb edilən hissələrdə köklü dəyişikliklərə gedilərsə, elə bu layihənin müzakirəsinin davam etdirilməsi məqbul hesab oluna bilər.
Yəni, layihəni tam olaraq müzakirədən çıxarmaq əvəzinə, köklü və prinsipal dəyişikliklər etmək də məqsəduyğun ola bilərdi. Təbii ki, qərar qəbul edənlər razılaşsalar.
Əsas prinsipial məqamları ekspert dostlarımzı qeyd ediblər. Xüsusilə də, bir daha vurğulamaq istərdim ki, İnternetTV-lərin lisenziyalaşma məsələsinə münasibət kökündən yanlışdır. Bütün beynəlxalq normalara ziddir. Dünaynın heç bir normal ölkəsində bu tip yanaşma yoxdur.
MEDİA Agentliyi bununla bağlı etirazlardan sonra iki münasibət sərgiləyirdi :
1. Rəsmi şəxslər səviyyəsində elan edirdilər ki, İnternetTV-lərin lisenziyası könüllü olacaq (hansı ki, layihədə belə bənd yoxdur).
2. Sonradan isə elan ediblər ki "platforma yayımçısı", ümumiyyətlə İnternet TV-lərə şamil edilməyəcək ( layihədəki anlayış isə əksini göstərirdi).
Beləliklə, bir daha bildirmək istərdim ki, Media haqqında qanun layihəsinin indiki variantı tam yəqinliklə onu deməyə əsas verir ki , "platforma yayımçısı" İnternetTV-lərə də tətbiq edilə bilir. Və güman etmək olar ki elə bu məqsədlə də həmin mücərrəd müddəa daxil edilib".
Qeyd edək ki, Osman Gündüz bu barədə təkliflərini də açıqlayıb:
"Qanun layihəsi müəlliflərinin layihədə bir çox mübahisə doğuran məsələlərə məhz layihənin özündə aydınlıq gətirməsi doğru olardı.
"Pllatforma yayımçısı" anlayışı açılmalıdır.
Lisenziya məsələsinin İnternetTV-lərə şamil edilməyəcəyi və ya könüllü olacağı birmənalı olaraq layihədə öz öksini tapmalıdır. Könüllülük də, yalnız qeydiyyat məsələsinə şamil oluna bilər. Lisenziya tələbi, könüllü olsa belə, absurddur.
Eyni zamanda TV siqnalların ötürülməsini həyata keçirən, kontentə cavab verməyən telekommunikasiya operatorlarının və provayderlərin və sifarişli yayımçıların da zorən KİV müstəvisinə gətirilməsi yolverilməzdir. Onlar KİV subyekti deyil.
Onlar üçün, sadəcə qeydiyyat məsələsinin layihədə qeyd edilməsi məqsədə uyğun olardı.
Onlara daha çox biznes yanaşması, biznes baxımından münasibətlərin tənzimlənməsi prinsipləri tətbiq edilməlidir. Qeydiyyatdan keçməlidirlər, VÖEN açmalıdrılar və vergi ödəməlidirlər. Bundan ö tərəfini onlara şamil etmək, lisenziya - icazə tələb etmək yolverilməzdir, beynəlxalq normalarda da yanaşma belədir.
Operatorlar, provayderlər və İnternetTV-lər üçün beynəlxalq normalarda olduğu kimi özünütənzimlə prinsipləri layihədə öz əksini tapmalıdır.
Daha çox özünütənzimləməyə diqqət yetriilməlidir və bu müddəlar qanun layihəsində öz əksini tapmalıdır", - deyə Osman Gündüz qeyd edib.
Xatırladaq ki, Milli Məclisin dekabrın 20-də keçirilən iclasında “Media haqqında” qanun layihəsi ikinci oxunuşda təsdiqlənib.

Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Layihə 9 fəsil, 78 maddədən ibarətdir.

Həmçinin 22 dekabr 2021-ci il tarixində Medianın İnkişafı Agentliyində  (MEDİA) Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Zahid Orucun iştirakı ilə “Media haqqında” Qanun layihəsinin növbəti müzakirəsi keçirilib.

Müzakirədə millət vəkili Qüdrət Həsənquliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Turan İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, APA İnformasiya Agentliyinin təsisçisi Vüsalə Mahirqızı, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, həmçinin bir sıra media subyektlərinin nümayəndələri çıxış ediblər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov görüşdə səsləndirilən sualları ətraflı cavablandıraraq, rəy və təkliflərə münasibətlərini bildiriblər.

 “Media haqqında” Qanun layihəsinin müzakirələri davam etdirilməkdədir.

TƏQDİMETDİ: Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN