Azərbaycandakı tikinti sektorundakı özbaşınalıqlar, MMC-lərin, MTK-ların vətəndaşları aldatması, bir mənzilin bir neçə nəfərə satılması haqqında çox yazmışıq.

Sözün düzü, adam artıq bu mövzuda yazmaqdan da bezir. Minlərlə insanı aldadırlar, vətəndaşlar etirazlarını bildirir, haqqını tələb edir, amma…

Əmması odur ki, hələ ki, bu insanların səsi-harayı səngimir, problem aradan qaldırılmır. Bəzən aidiyyəti dövlət qurumları da bu insanların şikayəti ilə maraqlanmır.

İnsanları narazı salan tikinti şirkətlərindən biri də Rauf Əliyevin sahib olduğu "İnşaat Konstruksiyaları" MMC-dir.

Redaksiyamıza daxil olan məlumata görə, bu MMC-nin rəhbəri də bir mənzili bir neçə nəfərə satıb. Belə ki, ayrı-ayrı müqavilələr imzalansa da, mənzil sahiblərinə sonda məlum olub ki şərikləri var və aldadılıblar. Bu saxtakarlığa rəğmən hüquq-mühafizə orqanları Rauf Əliyevə indiyə qədər “gözün üstə qaşın var” demir. Nəticədə, R.Əliyev Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında 17 mərtəbəli binanın tikintisini 6 ildir başa çatdırmır. Yüzlərlə sakin isə evsiz-eşiksiz, ümidsiz vəziyyətdədir. Onların keçirdiyi çoxsaylı etiraz aksiyaları, teleqramlar, müraciətlər bugünədək nəticəsiz qalıb.

Nizami rayonu, Mehdi Abbasov küçəsi, 25/38 ünvanında yeni tikilən binadan ev alan 240 nəfərə yaxın sakin də uzun müddətdir mənzillərinə sahib ola bilmir. Səbəb yenə də binanın tikintisi ilə məşğul olan "İnşaat Konstruksiyaları" MMC-nin deyilən müddətdə tikilini təhvil verməməsidir.

Göründüyü kimi, R.Əliyev iki ünvanda binalar inşa etməli, təhvil verməlidir, bu məqsədlə payçılardan külli miqdarda pul alıb, amma tikintini yekunlaşdırmır. Məlumata görə, R.Əliyev nə aldatdığı adamların qabağına çıxır, nə telefonları açır. Belə demək mümkünsə, şirkət rəhbəri hamıdan qaçıb gizlənir. Deyilənə görə, bu vaxta qədər onun cəzasız qalmasının səbəbi məhz yüksək rütbəli şəxslər səviyyəsində qoruyucularının olmasıdır. Hazırda sakinlərin problemi olduğu kimi qalıb və R.Əliyev şad-xürrəm, azad gəzir.

Yeri gəlmişkən xatırladaq ki, hələ 2018-ci ildə "İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxslərinin qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb. Bundan əlavə, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb. Bu qədər adı qalmaqallarda hallanan, barəsində cinayət işi açılan şirkətin rəhbərinin hazırkı rahatlığı suallar doğurur. Həmçinin, pilot layihələri çərçivəsində Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən 2 nömrəli arxitekturalı bina sökülüb. Binada yerləşən 46 mənzilin sakinləri “İnşaat Konstruksiyaları" MMC ilə alqı-satqı müqavilələri bağlayaraq evlərini tərk ediblər və kirayə mənzillərə köçürülüblər. Sakinlərə bildirilib ki, onların mənzillərinin yerində “pilot layihə” çərçivəsində yeni 18 mərtəbəli yaşayış binası inşa ediləcək və onlara da həmin binada mənzillər veriləcək. Lakin söküntüdən uzun müddət keçməsinə baxmayaraq, həmin ünvanda bina tikintisi həyata keçirilməyib. Faktiki şirkət üç ünvanda layihələri yarımçıq həyata keçirib, hər birində yüzlərlə ailənin vəsaiti batıb. Amma R.Əliyev üç ərazidə insanları aldadıb, haqqında cinayət işi var, di gəl, öz kefindədir. İndi vətəndaşlar digər dələduz tikinti şirkətlərinin sahibləri kimi, R.Əliyevin də məsuliyyətə cəlb olunmasını istəyirlər.

Məsələ ilə bağlı “İnşaat Konstruksiyaları" MMC rəhbərliyindən münasibət öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

İşğalçılıq niyyətlərinə baxmayaraq Ermənistanda soyuq başla düşünmə məcburiyyaəti də qaçılmazdır.

Pin It

Ukraynanın şərqində “Vostok” əməliyyat-taktiki qrupunun döyüşçüləri sutka ərzində düşmənin 160-a qədər canlı qüvvəsini və texnikasını məhv edib.

Pin It

Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə növbəti təlim kursu keçiblər.

Pin It

Tbilisidə uydurma “erməni soyqırımı”nın 107-cı ildönümünə həsr olunan aksiya Türkiəyinin Gürcüstandakı səfirliyinin binası istiqamətində yürüşlə davam etdirilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN