Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Pin It

“Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin əməkdaşına saxta vaksin sənədi ilə bağlı cinayət işi başlanılıb.

Pin It

Son 4 ildə pensiya, təqaüd və müavinətlərin neçə faiz artdığı açıqlanıb.

Pin It

"Qubadlıya Qayıdış" İçtimai Birliyi daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Müraciətdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin komandanlığı altında 44 günlük Vətən müharibəsinin uğurları ilə xalqımız, dövlətimiz, ordumuz gücünü bütün dünyaya nümaiş etdirdi.

Sakini olduğumuz Qubadlı rayonu da 2020-ci il oktyabrın 25-də Ali Baş Komandanın siyasi iradəsi, şəhidlərimizin qanı bahasına işğaldan azad edildi.

Qubadlının işğaldan azad edilməsindən bir il keçməsinə baxmayaraq, rayon sakinləri viranə qalmış ata yurdlarını, erməni vandalları tərəfindən dağıdılmış doğmalarının məzarlarını ziyarət edə bilməyiblər.

Cənab nazir!

Hər birimizə məlumdur ki, Qubadlı rayonu təmas xəttində deyildi və Qubadlıda kütləvi minalanmış sahənin olması ehtimalı çox azdır.

44 günlük müharibə zamanı erməni hərbi birləşmələri ordumuz tərəfindən elə darmadağın edildi ki, onlar geri qaçarkən belə Qubadlı ərazisinə mina basdıra bilməzdilər. ANAMA-nın iştirakı ilə AzTV-nin Qubadlı rayonunun qəbiristanlıqlarında apardıqları çəkilişlər, bəzi şəhidlərimizin məzarlarının bərpası onu göstərir ki, qəbiristanlıqlarımızda minalar yoxdur.

Cənab nazir!

"Qubadlıya Qayıdış" İçtimai Birliyinin üzvləri sizdən xahiş edir ki, dünyasını dəyişən doğmalarımızın Qubadlıdakı qəbiristanlıqlarımızda dəfn edilməsinə şərait yaradılması üçün Daxili İşlər Nazirliyinin aidiyyəti şöbələrinə və yerli polisinə müvafiq göstərişlər verəsiniz".

E.ŞİRİNOV

Pin It

Müdafiə nazirinin tapşırığına əsasən müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN