FHN-NİN NÖVBƏTİ QRUPU TÜRKİYƏYƏ DOĞRU HƏRƏKƏT EDİR
Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu dünən axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşüb.