"QOVULMUŞ", YOXSA "ZORLA ÇIXARILMIŞ"?
Hüseyn Xəzər, hüquqşünas, jurnalist-publisist
...Uzun müddətdir məni narahat edən bir fikri oxucularla müzakirə etmək qərarına gəldim. Bu ilk baxışdan əhəmiyyətsiz və ya dərin əhəmiyyət kəsb etməyən, lakin varlığında özünə diqqət, həssas yanaşma tələb edən, böyük bir ictimai-siyasi hadisəni ifadə etmək üçün təəssüf ki, tez-tez işlədilən “qovulmaq” sözüdür.