Macarıstanın Kerepes kəndinin meri Laslo Dyuriç yerli qızları təqib edən ukraynalı qaçqınları qovub.
Tezadlar.az xəbər verir ki, o, sosial şəbəkələrdəki səhifəsində münaqişənin videosunu yayıb.
Dyuriçin sözlərinə görə, yerli fəhlə yataqxanasından iki şikayət daxil olub ki, Ukraynanın Zakarpatiya bölgəsindən gələn qonaq işçilər 16 və 22 yaşlı qıza təcavüz ediblər. Bələdiyyə sədri belə hallara dözməyəcəyini bildirib. Videoda kəndin başçısı polislə birlikdə yataqxanaya gələrək ukraynalıların evlərinə getməsini və “çeçenlərlə döyüşməsini” tələb edib.
Dyuriç onu da vurğulayıb ki, Kerepeşə rəhbərlik etdiyi müddətdə yerli gənc qızların zorakılığına dözməyəcək və ukraynalıların bu və digər cinayətlərinə qarşı mübarizəni davam etdirməyi planlaşdırır. Bundan əlavə, o, polisdən yerli əhalini fəal şəkildə müdafiə etməyi tələb edib.
E.ŞİRİNOV