Şanlı ordumuzun igidliyi sayəsində Ermənistanın 30 illik işğalından qurtulsaq da, düşmənin basdırdığı minalarının terrorundan hələ də yaxa qurtara bilmirik...
Dünyanın mübarizə apardığı bu terrorun qurbanlarının sayı isə artmaqdadır. Təkcə bu mənfur düşmənin minalarından indiyədək yüzlərlə insan həlak olub, minlərlə insan ağır zərərlər çəkib... Son. Bir ay ərzində Azərbaycanın Qarabağ bölgəsində ondan çox insan mina qurbanı olub. "Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları hədəfə almaqda davam edir. Təəssüf ki, minanın partlaması daha bir mülki şəxsin ölümünə səbəb olub”,- deyə bəyanatla çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyi də tviter səhifəsində dünyaya bir daha çağırış edib: "...2020-ci ildə müharibənin bitməsindən indiyədək Azərbaycanda mina qurbanlarının sayı 299 nəfərə çatıb... Beynəlxalq ictimaiyyət Ermənistanın davam edən bu təhlükəsinə səssiz qalmamalıdır”.
Təəssüflər olsun, Ermənistana bu qədər çağırış edilməsinə baxmayaraq, düşmən ölkənin mina terroru davam etməkdədir...
A.Məmmədli