Hüquqşünas Azər Quliyev işəgötürənlərin istehsalatda baş vermiş bədbəxt hadisə zamanı, yaxud peşə xəstəliyində daşıdıqları məsuliyyətdən bəhs edib.
O, bildirib ki, işəgötürən yalnız istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olduqda məsuliyyət daşıyır.
“Bu halda işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Mülki Məcəllə ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir”, - deyə hüquqşünas bildirib.
JASMİN