Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə yüksək rütbəli məmurdan tutduqları vəzifəni tərk etməyi xahiş etməsi ilə bağlı məlumatı təsdiqləyib.
Tezadlar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkələrin birindəki səhifəsində yazıb.
Həftəsonu Ermənistan mediası hökumət üzvlərinin istefa dalğası barədə yazmağa başlayıb.
Bu barədə məlumatda bildirilir ki, istefa məktubunu Ermənistan Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Qazaryan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, ölkənin Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan və İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan təqdim ediblər.
“Kütləvi müzakirələri nəzərə alaraq bildirməyi zəruri hesab edirəm ki, mən bir sıra yüksək vəzifəli şəxslərin vəzifələrindən getməsini xahiş etmişəm. Belə bir müraciətin edilməsinin səbəbləri şəxsi deyil, sistemli xarakter daşıyır ki, mən bunu açıq şəkildə dedim”, - Paşinyan bildirib.
O, əlavə edib ki, istefada olan məmurların Ermənistan dövlətçiliyinin inkişafındakı xidmətlərini “inkar edə bilməz”. Paşinyan onlara verdikləri töhfəyə və “onun xahişini başa düşdüklərinə” görə təşəkkür edib.
E.ŞİRİNOV