Rusiya polisi 2016-cı ildə Almaniyanın Saarbrükken şəhərindəki əyləncə mərkəzində qumbara partladan Azərbaycan vətəndaşını almaniyalı həmkarlarına təhvil veriblər.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu gün Moskvanın M.V.Lomonosov adına Domodedovo hava limanında Elşad Qulammirzəyev kimi də tanınan Azərbaycan Respublikasının vətəndaşı Elşad Əzizov Almaniya Federativ Respublikasının hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilib.

O, 2016-cı ildə Saarbrükken şəhərində insanların olduğu əyləncə mərkəzinin girişində qumbara partladıb.

Soyğunçuluq etdiyi üçün 2018-ci ildə Nijni Novqorod şəhərində tutulan E.Əzizov 3,5 il müddətinə həbs edilib. Həbs müddəti bitdiyi üçün Almaniyaya ekstradisiya edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN