Bu gün Finlandiyanın paytaxtı Helsinkidə   - Türkiyə, Finlandiya və İsveç tərəfindən yaradılmış Birgə Daimi Mexanizmin ilk iclası keçirilib.

 Türkiyə nümayəndə heyətinə Prezidentin mətbuat katibi İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik edib.

  İsveç nümayəndə heyətinə nazirliyin dövlət katibi Oskar Stenström, Finlandiyanın isə Xarici İşlər Nazirliyinin daimi dövlət katibi Jukka Salovaara başçılıq edib.

Qeyd edək ki, iclasda hər üç ölkənin ədliyyə, xarici işlər, daxili işlər, təhlükəszilik, kəşfiyyat orqanlarının  nümayəndələri də iştirak ediblər.

Hər üç ölkə vacib məsələləri müzakirə ediblər və Birgə Daimi Mexanizmin iş prinsiplərini müəyyən ediblər.

Beləliklə, Finlandiya və İsveçin götürdüyü öhdəlik siyahısına daxildir: terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq içində çalışmaq, Türkiyə milli təhlükəsizliyinə bütün təhdidlərə qarşı mübarizə aparmaq, xüsusilə separatçı terror təşkilatı PKK, PYD, YPG və FETÖ-yə dəstək verməmək.

Xatırladaq ki, bir neçə gün əvvəl “Yeni Şafak” qəzeti Birgə Daimi Mexanizmin ilk iclasında Türkiyənin skandinaviya ölkələrinin hələ yerinə yetirilməmiş 10 bənd üzrə öhdəliklərini xatırladacağı barədə yazmışdı.

Vurğulanırdı ki, Türkiyənin daha əvvəl ekstradisiyasını tələb etdiyi vətəndaşların adları da terrorçular siyahısına əlavə edilib.

***

Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı sənədlər indiyədək alyansın 30 ölkəsindən 23-ü tərəfindən ratifikasiya olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu ölkələrə xəbərdarlıq edərək bildirib ki,  "Şimali Avropa ölkələri terrorla bağlı ötən ay verdiyi vədləri yerinə yetirməsə, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü donduracaq".

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN