Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində silsilə şəkildə xırdabuynuzlu heyvanlar oğurlayan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bir qrup rayon sakini RPŞ-yə müraciət edərək onlara məxsus xırdabuynuzlu heyvanlarının oğurlandığı barədə məlumatlar verib. Daxil olmuş məlumatlar əsasında keçirilən tədbirlər nəticəsində rayonun müxtəlif kəndlərinin ərazisində yerləşən ferma və fərdi yaşayış evlərindən xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən rayonun Tanrıqulular kənd sakini Tural Bayramov saxlanılıb. Araşdırmalarla T.Bayramovun oğurluqları yetkinlik yaşına çatmayan qardaşı və həmkəndlisi Pərviz Balakişiyevlə birgə törətdiyi müəyyən edilib. Keçirilmiş tədbirlərlə onun qardaşı və həmkəndlisi də polis əməkdaşları tərəfindən saxlanılıb.

Ümumilikdə isə T.Bayramovun 234 ədəd xırdabuynuzlu heyvanı oğurlayaraq vətəndaşlara 51 000 manata yaxın ziyan vurduğu məlum olub. O, oğurladığı heyvanları dəyərindən ucuz qiymətə satdığını etiraf edib. Həmçinin keçirilmiş tədbirlərlə 38 ədəd heyvan maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN