2022-ci ilin avqust ayında PKK terror təşkilatının 90-a yaxın üzvü zərərsizləşdirilib.
Bu barədə Türkiyə daxili İşlər nazirinin müavini, nazirliyin mətbuat katibi İsmail Çataklı bildirib.
Çataklı qeyd edib ki, avqustda PKK-ya qarşı ümumilikdə 12 563 əməliyyat keçirilib. Əməliyyatlarda 16 nəfər terrorçu öldürülüb, 60-ı diri ələ keçirilib, 14-ü isə təslim olub.
Həmçinin PKK-nın 593 üzvü saxlanılıb, təşkilata kömək etməkdə şübhəli bilinən 1 371 nəfər tutulub.
Avqust əməliyyatları zamanı 106 bunker, sığınacaq və mağara yararsız hala salınıb.