Moskva Böyük Britaniyada baş nazir dəyişikliyindən sonra Londonla münasibətlərdə müsbət dəyişikliklər gözləmir.
Tezadlar.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Yaxın gələcəkdə biz hər hansı dəyişiklik gözləmirik. Demək istəməzdim ki, bu dəyişikliklər daha da pisə doğru baş verə bilər, çünki ən pisini təsəvvür etmək çətindir. Lakin təəssüf ki, bunu istisna etmək olmaz", - o deyib.
Kremlin sözçüsü Rusiya prezidenti Vladimir Putinin Britaniyanın yeni baş nazirinə təbrik teleqramı göndərib-göndərməyəcəyi sualına cavab verməyib. “Gəlin gözləyək, görək baş nazir kim olacaq”, - deyə Peskov əlavə edib.
E.ŞİRİNOV