Moskvanın Basmannı Məhkəməsi “Roskomnadzor”un iddiasını təmin edərək “Novaya qazeta” komandasının yaratdığı “Novaya rasskazh-qazeta” nəşriyyatının lisenziyasını etibarsız hesab edib.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a məhkəmədən məlumat verilib.

“”Roskomnadzor”un “Novaya rasskazh-qazeta” nəşriyyatının qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi ilə bağlı inzibati iddiası təmin edilsin”, - deyə hakim qərarı elan edib.

Qeyd edək ki, məhkəmənin qərarı hələ qanuni qüvvəyə minməyib və ondan apellyasiya instansiyasına şikayət verilə bilər.

Xatırladaq ki, bundan əvvəl məhkəmə “Novaya qazeta”nın çap versiyasının lisenziyasını ləğv edib. Redaktorlar bu qərarla razılaşmayaraq, ondan apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Çərşənbə axşamı keçirilən iclasda “Roskomnadzor” nümayəndələri öz tələblərini "Novaya rasskaz-gazeta"nın uzun müddət heç bir nəşr dərc etməməsi ilə əsaslandırıblar.

Öz növbəsində, cavabdehin nümayəndələri heç bir hüquqi əsas olmadığı üçün iddianın təmin edilməməsini xahiş ediblər.

“Sizdən xahiş edirik ki, iddianı təmin etməkdən imtina edəsiniz”, - nəşrin nümayəndəsi məhkəməyə müraciət edib.

Bundan əvvəl “Roskomnadzor” Rusiya Federasiyası Baş Prokurorluğunun tələbi ilə “Novaya qazeta” komandasının yaratdığı “New Story-Qazeta” jurnalının saytına girişi də məhdudlaşdırıb. Belə ki, Kütləvi iğtişaşlara, ekstremizmə, qanunsuz kütləvi aksiyalarda iştiraka çağırışların yer aldığı saytların bloklanması qaydalarına uyğun olaraq giriş məhdudlaşdırılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN