Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi, ölkə parlamentinin telefon dinləmələri ilə bağlı prezidentin qərarını ləğv etməsinə münasibət bildirib.

TEZADLAR.AZ 24News.ge-yə istinadən xəbər verir ki, səfirlik dinləmələr barəsindəki qəbul olunan qanun layihəsinin Gürcüstanı Avropaya inteqrasiyadan uzaqlaşdırdığını və hökumətin öz vətəndaşlarına nəzarət imkanını daha da artırdığını bildirib. Qeyd olunub ki, parlament tərəfindən hökumətin öz vətəndaşlarını izləmək imkanlarını artıran telefon dinləmələri haqqında qanunun qəbulu Avropa standartlarına uyğun gəlmir və Venesiya Komissiyasının, həmçinin ölkənin qərb tərəfdaşlarının tövsiyələrinə ziddir.

Xatırladaq ki, ölkə parlamentində prezident Salome Zurabişvilinin göstərişi səsverməyə çıxarılıb. Parlament ölkə prezidentinin telefon dinləmələri ilə bağlı qanun layihəsinə tətbiq etdiyi vetonu ləğv edib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN