Erməni təxribatçıları Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyinin binasına basqın ediblər.

Təxribatçılar tərəfindən səfirliyin binasına qarşı vandal aktı törədilib. Erməni radikallar Azərbaycan səfirliyinin binasına yaxınlaşaraq binaya zərər verməyə çalışıblar.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev tviter səhifəsində yazıb ki, fransız erməni fanatiklər səfirliyin binasına basqın edirlər: “Amma gəlin erməni barbarlarını bir kənara qoyaq. Cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı istəklərimizə məhəl qoymayan Fransaya ayıb olsun”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN