“Qazaxıstanlılar arasında boşanmaların səbəblərindən biri də güzəştli ipoteka almaq istəyidir".

Qazaxıstan KİV-nin məlumatına görə, bunu "Otbası Bank" ASC-nin İdarə Heyətinin sədri Ləzzət İbrahimova bildirib.

Ləzzətt İbrahimova xatırladıb ki, Qazaxıstanda “Bakitty Otbası: 2-10-20” proqramı çərçivəsində üç il müddətinə banka 50 milyard tenge (17868795.41 manat) ayrılıb. Beləliklə, 5000 çoxuşaqlı ailə, sağlamlıq imkanları məhdud uşaq böyüdən ailələr, “natamam ailələr” iştirak edib.

O,  “Üç illik kreditlərin verilməsinin nəticələrindən sonra təhlil apardıq və gördük ki, “natamam ailələr” kateqoriyası son 4 ildə ən yüksək templə inkişaf edir. Qazaxıstanda 2017-ci ildə 54 626 boşanma qeydə alınıb, 2018-ci ildə onların sayı 54 797-yə, 2019-cu ildə 5 min artaraq 59 796-ya çatıb.

Boşanma üçün ərizə vermənin çətinləşdiyi covid dövründə bu rəqəm 48 minə qədər azaldı, lakin 2021-ci ildə yenidən artım var - artıq 48 239-a çatdı”, - deyə qeyd edib.

 İbrahimovanın sözlərinə görə, saxta boşanmaların səbəblərindən biri də insanların güzəştli ipoteka siyahısına düşmək istəyidir: “Axı “natamam ailə” istiqamətində boşanma şəhadətnaməsi kifayətdir”, - Ləzzət İbrahimova bildirib.

   Və nəticədə sentyabrın 23-də hökumətin qərarı çərçivəsində tək valideynli ailələrə yalnız “Şanırak: 5-10-20” proqramı çərçivəsində ipoteka verilməsi təklifi dəstəklənib.

Bank rəhbəri izah edib ki, burada fərq yalnız əmək haqqı dərəcəsindədir, amma hər ailə səviyyəsində təxminən 30 min tenge(107.21 manat ) olacaq.

Sonda o, vurğulayıb ki, ilk növbədə, dövlətin prioritet vəzifəsi əlilliyi olan insanların təminatıdır.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN