Sürücülər və ya avtomobillərdə olan sərnişinlər adətən Bakının ab-havasını səhərlər radioların xəbərlərindən alır... Qabaqlar gündəlik səhər xəbərlərinin 70-80 faizini xoş ovqatlı xəbərlər təşkil edərdi. İndi bu xəbərlərin böyük əksəriyyətini tıxaclı küçələrdəki tıxac mövzusu təşkil edir. Xüsusən də bu tıxaclara əsas səbəb magistral yolların, prospektlərin hərəkət zolağında ticari avadanlığın yerləşdirməsidir. Tanınmış hüquqşünas, ekspert Ərşad Hüseynov da bu problemlə bağlı maraqlı status paylaşıb. Ekspert yazır: "...Biz Bakıda tıxaclara əlac tapmaq üçün baş sındırırıq. Babək prospektinin avtobus zolağında isə qarpız satılır. Bərəkətli olsun! Qarpz yeyilməlidir. Yeyilmək üçün də satılmalıdır. Amma hər şey öz yerində daha gözəl olur. Bəlkə də bu qarpızları satan avtobus zolağının fərqində deyil. Amma həmin ərazidə xidmət edən polislər ona buranın statusunu xatırlatmalıydılar...".
Bəli, Bakının bəlkə də bir nömrəli problemi olan tıxaclardan çıxış yolu tapılmalı, hər kəs əlindən gələni etməlidir.
A.Məmmədli