Bursada mikroavtobusla toqquşan motosikletin sürücüsü Ceyhun Y. (16) metrlərə atılaraq yaralanıb. Aşan motosiklet sürücüsünün xəsarət alarkən cibindən çıxardığı mobil telefonla özü və köməyə gələn şəxslə selfi çəkdirməsi diqqət çəkib.

Qəza axşam saatlarında Orhaniye Məhəlləsi Ankara Prospektində baş verib. Ceyhun Y.-nin idarə etdiyi 16 AJR 158 dövlət nömrə nişanlı motosiklet küçəyə dönən İbrahim Çolakın (65) idarə etdiyi 16 KDD 93 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub. Toqquşmanın təsirindən aşmış motosiklet və sürücüsü sürüklənərək dayanmış cipə çırpılıb. Təcili tibbi yardım və polis qrupu qəza yerinə gəlib.

Qəzada yıxılan motosikletlə metrlərlə atılaraq yaralanan Ceyhun Y. yerdə uzanarkən cibindən çıxardığı telefonla selfi çəkdirib. Ceyhun Y.-nin daha sonra ona kömək edən şəxsə “Gəlin birlikdə selfi çəkək” deməsi, daha sonra birlikdə şəkil çəkdirməsi diqqət çəkib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN