ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü briqada generalı Patrik Rayder bildirib ki, Rusiya Ukraynada İranın pilotsuz uçuş sistemlərindən psixoloji silah kimi istifadə edib, lakin bu sistemlər Moskvanın quruda Kiyevə qarşı mövqelərini itirməsi faktını dəyişməyib.

ABŞ Müdafiə Nazirliyi Rusiyanın İran pilotsuz təyyarələrini psixoloji silah kimi istifadə etdiyini iddia edib.

Vaşinqtonda “İranlı hərbçilərin Krımda Rusiya ordusuna pilotsuz uçan aparatlarla təlim keçdiyi” iddiaları müzakirə olunmağa davam edir.

Ağ Evdən sonra Pentaqonun sözçüsü Rayder də gündəlik mətbuat konfransında Rusiyanın Ukraynanı İranın pilotsuz uçan aparat sistemləri ilə hədəf aldığını və İran əsgərlərinin rus əsgərlərinə dron təlimi verdiyini təsdiqləyib.

"Biz İranın təkcə Yaxın Şərqdə deyil, həm də bu gün gördüyümüz kimi, digər bölgələrdə terrorizmin ixracında şərik olduğunu görməkdə davam edirik", - Rayder deyib.

Ukraynaya dəstəyi davam etdirəcəklərini ifadə edən Rayder, "Dronların təsirinə gəlincə, bunu məndən əvvəl eşitmiş ola bilərsiniz. Bunlar qorxu yaratmaq üçün psixoloji silah kimi istifadə olunur, lakin bu, Rusiyanın əməliyyat baxımından yer itirməsi faktını dəyişmir” – deyə bildirib.

Rayder Ukraynanın çoxlu sayda İran pilotsuz təyyarəsini vurduğunu ifadə edərək, Rusiyanın nə qədər pilotsuz uçan aparatına sahib olduğu barədə məlumat verməyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN