Hazırda oduda 300 mindən çox qadın xidmət edir, lakin onların...

 Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa bəyan edib ki, rusiyalı qadınların hərbi xidmətə çağırılması məsələsi genişləndirilməlidir.

 Bu barədə o, “Ura” nəşrinə məlumat verib.

 “Mən İsraildəki kimi başlamağı təklif edirəm. Həm də bütün qadınları”, - Çepa deyib.

 Bundan əlavə, deputat orduda xidmət müddətinin artırılması təklifini dəstəkləyib.

 Onun fikrincə, bir il ərzində çağırışçıların 100 faiz hazırlığa vaxtı olmur. Həmçinin o,  müqavilə xidmətinə keçməyə, lakin bunu tədricən və rəvan etməyə səsləyib.

 ***

Xatırladaq ki, daha əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi qadınların "qismən" səfərbərlik çərçivəsində çağırılmayacağını açıqlamışdı. Bu qayda qadınların bütün kateqoriyalarına aiddir.

 Qeyd edək ki, 2021-ci ildə Rusiyanın müdafiə naziri Sergey Şoyqu RF Silahlı Qüvvələrində 300 mindən çox qadının xidmət etdiyini bildirib. Eyni zamanda, onlardan yalnız 40 mini hərbi qulluqçu, qalan 270 mini mülki işçilərdir. Rusiyada hərbi qulluqçuların ümumi sayı bir milyon nəfərdən bir qədər çoxdur, yəni onların təxminən 4%-i qadınlardır.

Lakin Ukraynaya hərbi müdaxilədən sonra Rusiya SQ-nin hərbçilərinin (həm qadın, həm kişi) itkiləri barədə dəqiq məlumat yoxdur.

 

JASMİN

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN