Rusiyanın bir sıra regionlarında dağıdıcı qasırğanın nəticələri indi aradan qaldırılır. Güclü qasırğa Moskvada park edilmiş avtomobillərin üzərində onlarla ağacı yıxaraq çoxlarına ciddi ziyan vurub.

Ən güclü külək sözün əsl mənasında binaların fasadlarının üzlüklərini qoparıb və zibil qablarının metal hasarlarını asanlıqla havaya qaldırıb, onlardan biri həyəti süpürüb, avtomobillərin şüşələrini sındırıb. Hətta pəncərə çərçivələri də buna dözə bilmirdi. Sankt-Peterburqda isə küləklər sözün əsl mənasında mağazaların qapılarını döyüb.

Vologda bölgəsində qasırğa nəhəng bir metal damı yıxdı, o, birbaşa dayanacaqda çökdü. Sinoptiklərin fikrincə, Arktikadan güclü külək gəlib və o, həm də əsl qışı gətirəcək.

Moskvada bu həftə mənfi 10-a qədər soyuqlaşacaq, növbəti gün qar yağacağı gözlənilir. İrkutsk, Kemerovo, Krasnoyarsk, Başqırdıstan, Tomsk və Çelyabinskdə əsl qış artıq gəlib. Bu dəqiqə orada çovğunlar tüğyan edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN