Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Xerson rayonunun azad edilmiş hissəsi haqqında mümkün planları aşkar edib.
Bölgədə Ukrayna müdafiəçiləri stabilləşmə tədbirlərini davam etdirir. Xerson bölgəsinin azad edilmiş yaşayış məntəqələrində yüksək səviyyədə mina təhlükəsi qalmaqdadır. Bildirilir ki, düşmənin (Rusiyanın -red) hava kəşfiyyatını gücləndirməsi həm hərbi, həm mülki, həm də vətəndaş obyektlərində yanğın planlaşdırmasının göstəricisi ola bilər.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Facebook səhifəsində məlumat açıqlanıb.
Qeyd edilib ki, "... Müdafiə qüvvələrinin bölmələri stabilləşmə tədbirləri həyata keçirməyə davam edir".
Y.MƏMMƏDLİ