Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Londonun sanksiya məhdudiyyətləri tətbiq etdiyi şəxslərin siyahısı 22 nəfərlə tamamlanıb.

Bundan əvvəl Britaniya sentyabrın 26-da Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Buna səbəb DXR, LXR, Xerson və Zaporojye vilayətlərində Rusiya Federasiyasına birləşmək üçün referendumların keçirilməsi olub. Daha sonra Krallığın “qara siyahısı”na 33 nəfər daxil edilib.

İyulun 8-də Rusiya Federasiya Şurası Böyük Britaniyanın sanksiyalarına cavab olaraq güzgü tədbirlərinin tətbiqini elan etdi. Federasiya Şurasının tənzimləmə komitəsinin rəhbəri Vyaçeslav Timçenkonun sözlərinə görə, İngiltərə həddindən artıq irəli gedib və bu cavabsız qalmayacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN