NATO Ukraynada Rusiya ilə qarşıdurmada yeni texnologiyalardan istifadə etməyə hazırlaşır. Bunun üçün alyans hakerləri cəlb etməyi planlaşdırır.

Bu barədə Amerikanın “Politico” nəşri məlumat yayıb.

Jurnalın məlumatına görə, NATO qüvvələri ötən həftə Estoniyada keçirilən təlimdə kompüter texnologiyalarından, o cümlədən süni intellektdən istifadə ediblər.

NATO-nun kiber qüvvələri Ukraynadakı münaqişəni diqqətlə izləyir və Kiyevə kömək etmək yollarını axtarır, eyni zamanda Rusiya və digər düşmənlərin NATO üzv ölkələrində və onların müttəfiqlərində infrastrukturu sındırmasını necə çətinləşdirəcəyini anlamağa çalışır.

Xatırladaq ki, daha əvvəl Amerika mediası ABŞ-ın Zelenskinin Şimali Atlantika Alyansını Rusiya Federasiyası ilə münaqişəyə cəlb etmək cəhdlərindən narahat olduğunu bildirmişdi.

Eyni zamanda, NATO ölkələrinin sakinləri hazırkı hərbi siyasətə qarşı çıxış etsələr, özləri də kənarda qala bilərlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN