Çinin Tszilin əyalətinin Çançun şəhərində baş verən yanğında 14 nəfər ölüb, 26 nəfər xəsarət alıb.
“Xinhua” agentliyinin verdiyi xəbərə görə, yanğın yüksək texnoloji sənaye bölgəsinin ərazisində yerləşən logistika anbarında meydana gəlib.
Bildirilib ki, xəsarət alanlardan 12-nin vəziyyəti ağırdır.
Hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılır.